Türkiyədə 16 İŞİD-çi saxlanıldı

Türkiyədə 16 İŞİD-çi saxlanıldı backend

Ankarada İŞİD-lə mübarizə çərçivəsində aparılan əməliyyatlarda 20 nəfər saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Məlumata görə, saxlanılanlardan 16-sı istintaqdan sonra həbs edilib, qalanları buraxılıb.

Bundan əvvəl türk mətbuatı yazmışdı ki, İŞİD silahlıları Türkiyənin Suriya ilə sərhəddə yerləşən Qaziantep vilayətindən dayaq məntəqəsi kimi istifadə edirlər.