Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında əl sıxma zamanı yaranan anlaşılmazlığın tələskənlikdən baş verdiyini bildirib.
"Bu pərtlik deyil: baş nazir oturdu. Putin ona kamera qarşısında əl sıxmağı təklif etmişdi. Amma o tələsdiyindən bunu unutdu. Bu, pərtlik deyildi", - deyə Peskov bildirib.Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki, Tereza Mey birinci əl uzatmağı unudaraq protokol qaydalarını pozub. "Rusiya prezidenti özü ona əl uzadıb".