Martın 24-də Fransanın cənub-şərqində qəzaya uğrayan “Airbus А320” təyyarəsinin ikinci “qara qutusu” tapılıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Marsel şəhərinin prokuroru Bris Roben bildirib.Onun sözlərinə görə, “qara qutunun” vəziyyəti istintaq araşdırmalarında istifadə edilməsi üçün yararlıdır. “Qara qutu” bu gün Parisə ekspertizaya göndəriləcək”, deyə B.Roben bildirib.