Türkiyə və ABŞ prezidentlərinin tarixi görüşü

Türkiyə və ABŞ prezidentlərinin tarixi görüşü backend

Çində keçirilən “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan amerikalı həmkarı Barak Obama ilə görüşüb.

Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, 45 dəqiqə davam edən görüş zamanı prezidentlər Suriya münaqişəsi, terrorla mübarizə və bir neçə mühüm məsələni müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, bütün terror təşkilatlarına qarşı eyni mövqe ortaya qoyulmalıdır:

"Türkiyədə terror və hərbi çevriliş cəhdinin arxa-arxaya gəlməsi diqqət çəkir. Türkiyə Suriyada və İraqda terrora qarşı mübarizə aparır. Təmənnamız odur ki, Türkiyənin cənubunda, Suriyanın şimalında bir terror koridoru yaranmasın. Koalisiya ortaqlarımızla bu sahədə mübarizə aparırıq və bu mübarizədən qalib çıxacağımıza inanıram”.

B. Obama isə Türkiyənin suriyalı miqrantları qəbul etdiyi üçün təşəkkür edib və bu istiqamətdə Türkiyəyə dəstək verilməsinin zəruri olduğunu bildirib.

Türkiyədə 15 iyul dövlət çevriliş cəhdindən danışan Obama bildirib ki, ABŞ türk xalqının demokratiyaya sahib çıxmasını alqışlayır.

“Dostluğumuzun, ittifaqımızın davam etməsini arzu edirəm”.