O bunu “Böyük İyirmilik” (G20) Sammiti çərçivəsində Çində keçirilən görüş zamanı edib
Qaziler.az Rusiyanın NTV kanalına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə görüşdə Türkiyə xüsusi xidmət rəhbərinin nümayəndə heyətinin tərkibində olmasını zarafat etməklə qabardıb."Əgər kəşfiyyat xidmətinin başçısı burada iştirak edirsə bizim danışmağımız əbəsdir. O, yəqin ki, artıq hər şeyi sizə məruzə edib" - deyə Putin Ərdoğanla söhbət zamanı bildirib.