Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Onun sözlərinə əsasən, səfər zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək: "Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib, lakin səfər bu ilə nəzərdə tutulub".Qeyd edək ki, ötən ay Ermənistan mətbuatı Fransanın Avropa işləri üzrə dövlət katibi Arlem Dezirə istinadən məlumat yaymışdı ki, F.Olland aprelin 24-25-də Yerevana və Bakıya səfəri zamanı azərbaycanlı və erməni həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.