Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib

Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib backend

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib.

Qaziler.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu barədə "Fərqanə" İnformasiya Agentliyi məlumat verib.

Kərimovun ikinci qızı 38 yaşlı Lola Səmərqənddəki dəfn mərasimində iştirak edib.

Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır, internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londonda yaşayır və babasının dəfn mərasiminə gəlməyib.

78 yaşlı Özbəkistan prezidentini bu gün doğma şəhəri Səmərqənddə dəfn ediblər.