Türkiyəyə yeni zərbə

Türkiyəyə yeni zərbə backend

Kiprin yunan hissəsinin parlamenti İsveçrə və Yunanıstan kimi ölkələrin yolu ilə gedərək ermənilərin xeyrinə söz azadlığına boğan yeni qanun qəbul edib.

Parlament 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni-müsəlman toqquşmalarını soyqırım kimi qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Səs vermədən sonra danışan parlament sədri Yiannakis Omiru "Bu gün tarixi bir gündür" deyib. Parlamentdə təmsil edilən bütün siyasi partiyaların ortaq şəkildə təqdim etdiyi layihədə bildirilir ki, "soyqırımı, döyüş günahlarını və insanlıq əleyhinə törədilmiş cinayətləri" tanımayanlar üçün cinayət sanksiyaları nəzərdə tutulur.

Qanunun təklif edilməsinə səbəb olaraq 2015-ci ildə 1915-ci il hadisələrinin 100 illiyinin qeyd edilməsi göstərilib. Oxşar qanun İsveçrə, Yunanıstan və Slovakiyada qəbul edilmişdi. Kiprin yunan hissəsi hələ 1975-ci ildə 1915-ci il hadisələrin "soyqırım" kimi tanıyıb.
Diaspora