Fələstin Dağlıq Qarabağdakı qondarma “parlament seçkiləri“ni tanımır

Fələstin Dağlıq Qarabağdakı qondarma “parlament seçkiləri“ni tanımır backend

Fələstin Dövləti işğal edilmiş Dağlıq Qarabağda qondarma "parlament seçkiləri"ni tanımır və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Bunu Trend-ə Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim separatçı Dağlıq Qarabağ rejimi tərəfindən mayın 3-nə təyin edilən "seçkilər"i şərh edərkən deyib.

Onun sözlərinə görə, Fələstin Dövləti Dağlıq Qarabağı və müvafiq olaraq orada keçirilən seçkiləri tanımır: "Fələstin bu məsələ üzrə mövqeyini dəfələrlə ifadə edib. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq tanınmış ərazisidir. Biz Azərbaycanın Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsi üzrə qətnamələrini yerinə yetirməyə çağırmaq cəhdlərini dəstəkləməyə davam edirik".

Səfir qeyd edib ki, Azərbaycana dəstək əlaməti olaraq Fələstinin Ermənistanla diplomatik əlaqələri yoxdur: "Fələstinin ərazisi də işğal altındadır və Fələstin işğalı dəstəkləyə bilməz. Biz Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı fəaliyyəti heç vaxt qiymətləndirə bilmərik. Bu, ölkəmizin aydın mövqeyidir. Bunu Prezident Mahmud Abbas da Azərbaycana səfəri zamanı deyib".
Diaspora