İraq mart ayında neft ixracını 15 faiz artırıb

İraq mart ayında neft ixracını 15 faiz artırıb backend

Mart ayında İraqın neft ixracı keçən aylarla müqayisədə 15 faiz artaraq 35 ildə ən yüksək həddə çatıb. Bu barədə Bloomberg agentliyinə ölkənin neft nazirliyinin nümayəndəsi Asim Cihad məlumat verib.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, İraq bu addımı ilin əvvəllərində pis hava şəraiti ilə əlaqədar tankerlərin yüklənməsində ləngimələr səbəbindən ixracda yaranmış kəsirləri kompensasiya etmək üçün atıb.

Neft İxracatçıları Təşkilatı (OPEC) üzvləri arasında hasilatın həcminə görə ikinci yerdə qərarlaşan İraq mart ayında dünya bazarına 92,4 milyon (sutkada 2,98 milyon) barel yanacaq çıxarıb və neft satışından 4,46 milyard dollar ixrac gəliri əldə edib.

Bloomberg agentliyinin hesablamalarına görə, keçən il sutkada orta hesabla 3,3 milyon barrel neft hasil edən İraq bu göstəricini 2018-ci ildə 6 milyon barrelə çatdırmaq niyyətindədir.

Qeyd edək ki, İraq neft ehtiyatlarına görə dünyada 5-ci yeri tutur.
Diaspora