“Acer” şirkətinin hazırladığı “Swift 7” modeli ilə bir ilkə imza atıb.
Axşam.az Technote-yə istinadən xəbər verir ki, “Acer” 1 sm ölçüsü ilə dünyanın ən incə kompüteri olmağa namizəd yeni “Swift 7” modelini təqdim edib.Gücünü “Intel Core i5” prosessorundan alan cihaz, 7-ci nəsil Intel Kaby Lakeyonga modelindən faydalanır. Bunun yanında tam olaraq 0.39 inç incəliyində olan modelin bu xüsusda “Apple MacBook” və “HP Spectre” ilə yarışdığını iddia edə bilərik.
“Intel Kaby Lake” çip istifadə edən model, soyutma sistemindən istifadə etməyə ehtiyac duymur. İncə olması ilə yanaşı, 1,1 kq ağırlığında olan kompüter 9 saatlıq enerji saxlama müddəti, “USB-C 3.1” girişi və qulaqcıq girişi kimi qoşulma nöqtələrinə sahibdir.
Şimali Amerika və Avropa bölgələrində oktyabrda satışa buraxılacağı bildirilən “Swift 7”nin ilkin qiyməti isə 1299 avro (təxminən 2365 manat) olacaq.