Sakit okeanda yaranan super-qasırğa Filippin sahillərinə doğru irəliləyir

Sakit okeanda yaranan super-qasırğa Filippin sahillərinə doğru irəliləyir backend

Sakit okeanda son dərəcə güclü qasırğa əmələ gəlib. Hazırda sürətlə hərəkət edən qasırğanın bazar günü Filippin sahillərinə çatacağı proqnozlaşdırılır.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, super-qasırğanı hətta kosmosdan da görmək mümkündür. Beynəlxalq Kosmik Stansiyanın video çəkilişlərində okeandakı nəhəng burulğan aydın görünür. Bu, sinoptiklərin beş ballıq cədvəl üzrə ən yüksək kateqoriyaya aid etdikləri qasırğadır.

Yaxınlaşan təbii fəlakətlə əlaqədar Manilada ordu səfərbər edilir, ərzaq və tibbi ləvazimat ehtiyatı toplanır.
Diaspora