Rusiya Ukrayna sərhədində 50 nəfəri həbs etdi

Rusiya Ukrayna sərhədində 50 nəfəri həbs etdi backend

İlin əvvəlindən Krım və Ukraynanın sərhədində dövlətlərarası, federal və beynəlxalq axtarışda olan 50 nəfər saxlanılıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Krım Respublikası üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidməti yayıb.

“İlin əvvəlindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları öz xidməti fəaliyyətinin həyata keçirilməsi zamanı 50 nəfər beynəlxalq, federal və ya dövlətlərarası axtarışda olan şəxsi həbs edərək Krım Respublikasına təhvil verib”, – məlumatda deyilir.