Bu haqda məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb. Qaziler.az Xezerxeber.com-a istinadən bildirir ki, Rusiyanın MiQ-29 qırıcı təyyarələri Türkiyə ilə sərhəddə yerləşən Gümrü şəhərində havaya qalxıb.
Bu haqda məlumatı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.Məlumatda deyilir ki, qırıcılar Rusiya hərbi bazasından havaya hərbi təlim keçmək üçün qaldırılıb.
“Təlimdə 100-dən çox hərbçinin və 30 hərbi texnikanın iştirakı gözlənilir. 3 gün davam edən uçuşlarda hava sərhədi qorunacaq. Nəticədə “düşmənin” qırıcıları, qanadlı və ballistik raketləri məhv ediləcək”, - deyə mətbuat xidmətindən bildiriblər.