“Financial Times”: “Ərəb baharı” dünyada demokratiyaya inamı sarsıtdı”

“Financial Times”: “Ərəb baharı” dünyada demokratiyaya inamı sarsıtdı” backend

“Global Times of China”: “Beynəlxalq münasibətlər sistemində islahatlar aparılması vaxtı çoxdan çatıb”

Çinin “Global Times of China” nəşri Rusiya ilə Qərbin münasibətlərində yaranan son vəziyyəti şərh edib. Qəzet yazır ki, Ukrayna böhranı dünya nizamının balanslaşması və dialoq prinsipini ziddiyyət modeli ilə əvəzləyib: “Soyuq müharibə”nin başa çatmasından sonra keçən 20 il ərzində Qərb ümumavropa təhlükəsizlik sisteminin tətbiqində Rusiyanın nə qədər strateji əhəmiyyət daşıdığını anlaya bilməyib.
Qərb koalisiyası təcavüzkar siyasətinə sərhədlər müəyyənləşdirə bilmir. Ukraynada baş verən olaylar Avropanın təhlükəsizlik modelində böhran yaradıb. Artıq Şimali Atlantika paktı kifayət etmir. Ukraynada hakimiyyətin dəyişməsi Rusiyanı çətin vəziyyətdə qoydu. Məsələ ondadır ki, Ukrayna Moskvanın geosiyasi stabilliyi üçün vacib bufer zona olmaqla yanaşı, tarixi slavyan sivilizasiyasının vacib tərkib hissəsini təşkil edir. İkinci Dünya müharibəsindən sonra dünyada yaranan əməkdaşlıq və dialoq əsaslı nizam artıq başa çatıb.

“Dünyada supergüc kimi ABŞ-a olan etimadın məhv olmasının əsas səbəblərindən biri İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatlar oldu. Bu müharibələr göstərdi ki, ABŞ düşmən hesab etdiyi rejimləri bir neçə həftəyə məhv edə bilsə də, yekunda həmin ölkələrdə stabillik yarada bilmir”

Artıq Rusiya ilə ABŞ-ın münasibətlərində kəskin hərbi ziddiyyətlərin yaranması dövrü başlayıb. Ukraynada hakimiyyətə gələn yeni qüvvələrin Qərbə inteqrasiya siyasəti dövlətin kompleks problemlərini həll etməyəcək. Ona görə də regional qeyri-stabillik hələ uzun illər davam edəcək. Belə vəziyyət davam etdikcə, Ukrayna Rusiya ilə ABŞ arasında “ayağa dolaşan daş” olaraq qalacaq”. Qəzet yazır ki, beynəlxalq münasibətlər sistemində islahatlar aparılması vaxtı çoxdan çatıb. Nəşrə görə, 2008-ci il iqtisadi böhranından sonra mövcud beynəlxalq münasibətlər sisteminin müasir dünya nizamı ilə uyğunlaşmadığı aşkar şəkildə üzə çıxıb: “Ənənəvi supergüclər mövcud dünya nizamını “tutub saxlayaraq” hesab edirlər ki, Qərb dəyərlərinə əsaslanan köhnə dünya əbədidir. Ukrayna böhranının inkişafı göstərdi ki, köhnə siyasi qüvvələrlə inkişaf edən dövlətlər arasında oyun gedir. Bu vəziyyət bir daha təsdiq edir ki, dünyanın fasiləsiz dəyişməsi şərti ilə ədalətli beynəlxalq münasibətlər sistemi formalaşmalıdır”. “Financial Times” nəşri isə yazır ki, Berlin divarının sökülməsindən sonra hakim olan 3 məsələ-azad bazar, demokratiya və ABŞ-ın hegemonluğu sarsılıb.

“İddia olunurdu ki, avtoritar rejimlər devrilir və onları “yeni demokratiya” əvəzləyir. Amma Tunis istisna olmaqla “ərəb baharı”nı yaşayan ölkələrin heç birinə demokratiya hələ də gəlməyib”

Müəllif Qideon Rəhman yazır ki, hazırda Qərb ABŞ-ı dünyanın yeganə supergücü saymır: “Halbuki 10 il əvvəl vəziyyət fərqli idi. Azad bazar və demokratiya prinsipi də digər element olan ABŞ-ın hegemonluğuna əsaslanırdı. Dünyada supergüc kimi ABŞ-a olan etimadın məhv olmasının əsas səbəblərindən biri İraq və Əfqanıstanda aparılan hərbi əməliyyatlar oldu. Bu müharibələr göstərdi ki, ABŞ düşmən hesab etdiyi rejimləri bir neçə həftəyə məhv edə bilsə də, yekunda həmin ölkələrdə stabillik yarada bilmir. ABŞ-ın yeganə supergüc olmasını sonlandıran digər amil Çinin iqtisadi inkişafıdır. Beynəlxalq Valyuta Fondunun ötən ilin oktyabr ayında açıqladığı məlumata görə, Çin dünyanın ən böyük iqtisadiyyatı olub. 2008-ci il böhranı azad bazar elementinə olan inamın sarsılmasına səbəb oldu. Qlobal depressiyadan qaçmaq mümkün olsa da, azad bazarın bütün dünyada insanların həyat şəraitini yaxşılaşdırmasına olan inam azaldı. “Ərəb baharı”nın təhriki ilə yaranan vəhşiliklər isə demokratiyaya ideal siyasi sistem kimi inamı sarsıtdı. İddia olunurdu ki, avtoritar rejimlər devrilir və onları “yeni demokratiya” əvəzləyir. Amma Tunis istisna olmaqla “ərəb baharı”nı yaşayan ölkələrin heç birinə demokratiya hələ də gəlməyib”.

https://www.youtube.com/watch?v=j9KNb1EKYmY

Diaspora