Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, " Fərat Qalxanı " əməliyyatı "Demokratik ittifaqı" (PYD) ləğv olunana qədər davam edəcək.
Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.Türkiyə prezidenti qeyd edib ki, "İslam dövləti" terror təşkilatı ilə Carablusda, Başikdə mübarizə aparacaq, əgər lazım olarsa, başqa yerlərdə də.
Qeyd edək ki, Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Carablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.