Filippində “Maute” qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.
Qaziler.az Frans-Press agentliyinə istinadən xəbər verir ki, bir həftə əvvəl həbs edilmiş “Maute” qruplaşmasının 8 üzvü azad edilib.Həbsxanaya hücum zamanı müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus da qaçıb.
Qeyd edək ki, bundan əvvəl “Maute”nin üzvləri, İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.