PKK: “ABŞ bizi kürəyimizdən bıçaqladı“

PKK: “ABŞ bizi kürəyimizdən bıçaqladı“ backend

ABŞ bizi kürəyimizdən bıçaqladı.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri YPG terror qruplaşmasının sıralarında döyüşən amerikalı hərbçi Ervin Stran deyib.

Bir zamanlar sözügedən qruplaşmanın tərkibində xidmət keçən ingilis döyüşçü Co Akerman da ABŞ-ın bundan sonra YPG-yə yardımı dayandırmasını "iyrənc və kədərli" olaraq şərh edib.

Qeyd edək ki, Azad Suriya Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə birlikdə Cerablus şəhərinə girməsindən sonra rəsmi Vaşinqton YPG-yə Fərat çayının şərqinə doğru geri çəkilməyi tövsiyyə etmiş, əks halda yardımı dayandıracağı xəbərdarlığını göndərmişdi.