Rusiya hökuməti Türkiyə ilə çarter uçuşları qadağasını aradan götürüb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aviasiya Qurumu məlumat yayıb.“Türkiyə ilə çarter uçuşları qadağası bu gün ləğv edilib. Bununla maraqlanan bütün hava yolu şirkətləri bizə müraciət edə bilərlər”, - məlumatda bildirib.
Qeyd edək ki, ötən ilin noyabrın 24-də Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra rəsmi Moskva sözügedən qadağanı tətbiq etmişdi.