ABŞ Senat Komissiyası İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq razılaşmanın əldə olunmayacağı təqdirdə Tehrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.
Qanun layihəsini 18 komissiya üzvü dəstəkləyib, 4 nəfər isə əleyhinə çıxış edib.Məlumatda qeyd olunur ki, sənəd hələlik Senata səsverməyə göndərilməyəcək.