Türkiyədə 6 mindən çox polis işdən çıxarılacaq

Türkiyədə 6 mindən çox polis işdən çıxarılacaq backend

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən daha 6 min 800 polis işdən çıxarılacaq.

Qaziler.az "Haber7”-yə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi işdən azad olunacaq polislərin siyahısını hazırlayıb.

Onların arasında müxtəlif rütbəli zabitlər də var.

Qeyd edək ki, iyulun 15-də FETÖ-nün dövlət çevirilişinə cəhddən sonra 2 min 360 polis işdən çıxarılmışdı.