İngilis deputat İrəvanı qorxutdu

İngilis deputat İrəvanı qorxutdu backend

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Britaniyadan olan deputatı Robert Uolterin Dağlıq Qarabağla bağlı hazırladığı məruzə Ermənistanda ciddi həyəcan doğurub. Qaziler.az ANS PRESS-ə istinadən bildirir ki, erməniləri ən çox həyəcanlandıran məruzəni adıdır. Uolter hazırlamaq istədiyi məruzənin adını “Qarabağda və Azərbaycanın başqa işğal edilmiş ərazilərində zoakılığın artımı” qoyub.

Dağlıq Qarabağdakı işğalçı rejimin təmsilçisi David Babayan iddia edib ki, əgər Uolter məruzənin adını dəyişməzsə, onu Xankəndiyə buraxmayacaqlar. Amma hadisələrin əvvəlki gedişi göstərir ki, David Babayanın AŞPA-dan gələn bu qonağı qəbul etməkdən başqa yolu yoxdur.

Çünki sənəd AŞPA-da müzakirəyə çıxarılan zaman Ermənistan nümayəndə heyəti buna etiraz elədi. Nümayəndə heyətinin başçısı, keçmişdə Qarabağda azərbaycanlılara divan tutmuş erməni quldur dəstələrindən üzvü olmuş Ermine Naqdalyan çıxış edərək tərbiyəsiz ifadələr işlətdi, buna görə erməni nümayəndə heyəti səsvermə hüququndan və müzakirələrdə iştirakdan məhrum edildi.

Amma Ermine Naqdalyan dünən “Haykakan jamanak” qəzetinə verdiyi müsahibəsində Robert Uolterin regiona may ayı üçün nəzərdə tutulmuş səfərinə mane olmayacaqlarını bildirib. “Biz bu sənədin hazırlanması ilə əməkdaşlıq etməyəcəyik, amma cənab Uolteri qəbul edib onunla görüşəcəyik”,- deyə Naqdalyan vurğulayıb. Bundan sonra nə David Babayanın, nə də onun rəhbəri Bako Saakyanın dediyi sözün heç bir önəmi yoxdur - İrəvan britaniyalı deputatı qəbul etməkdən başqa yolu olmadığını anlayıb.
Diaspora