Suriyada Cerablus qəsəbəsinin cənubunda YPG ilə Azad Suriya Ordusu arasında qarşılıqlı atışma gedir.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Cerablusun Amirina bölgəsində YPG qüvvələri ilə ASO toplarla bir-birinə zərbələr endirirlər.Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Cerablus qəsəbəsini İŞİD-dən geri alıb.