Çərşənbə günü gecə saatlarında İtaliyada baş verən zəlzələ nəticəsində ən azı 120 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Rentsi məlumat verib."Ən azı 120 ölü var", - deyə o, İtaliya televiziyası ilə canlı yayımlanan mətbuat konfransında bildirib.