Türkiyədə polis bütün hava limanlarına daha diqqətli olmaları ilə bağlı yazı göndərib.
Türkiyədə polis bütün hava limanlarına daha diqqətli olmaları ilə bağlı yazı göndərib.ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, "canlı bomba" təhlükəsinə qarşı təhlükəsizlik qüvvələri daha da artırılıb. Türkiyənin ən böyük sərhəd qapısı olan və gündə 100 minə yaxın sərnişinin gəlib-getdiyi İstanbul Atatürk Havalımanında da "canlı bomba" hücumları ehtimalına qarşı polis və xüsusi təhlükəsizlik qüvvələrinə xəbərdarlıq edilib. Məlumata görə, xəbərdarlıqda bildirilib ki, xüsusilə uşaq, hamilə qadın, fiziki qüsurlu və yaşlı sərnişinlər daha diqqətlə yoxlansın.