Türkiyənin Suriya ilə dövlət sərhədinin 240 kilometrinə beton divar çəkilib, 401 kilometrinə isə xəndək qazılıb.
AZƏRTAC bildirir ki, Anadolu Agentliyinin məlumatına görə, ölkənin Silahlı Qüvvələri Türkiyə-Suriya sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirməkdə davam edir. Görülən tədbirlər nəticəsində 2015-ci ilin əvvəlindən bu günədək Suriya tərəfindən 117 min 256 nəfərin Türkiyəyə qanunsuz keçməsinin qarşısı alınıb.Türkiyə Suriya ilə dövlət sərhədini möhkəmləndirir

