Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb.Partlayışda yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.