Hindistanın Madya Pradeş əyalətinin rəhbəri Shivraj Sinqh Chouhan daşqınların olduğu bölgələrə səfər edərkən ayaqlarının suya dəyməməsi üçün polis əməkdaşları tərəfindən quçaqda daşınıb.
"A24.az" Türkiyənin "Hürriyyət" qəzetinə istinadən bildirir ki, bu barədə yerli mətbuat məlumat verir.Chouhanın qucaqda daşındığı əks olunan fotosu sosial mediada yer alandan dərhal sonra əyalət səlahiyyətliləri tələsik açıqlama veriblər. Açıqlamada bildirilir ki, əyalət rəhbəri sel fəlakəti olan bölgələrə səfəri zamanı ayağını bərk cismə vuraraq zədələdiyinə görə qucaqda daşınması qərarı verilib.
Xatırladq ki, Hindistanın bir çox bölgəsini öz əsarətinə alan musson yağışlarının yaratdığı sel nəticəsində 40 nəfər həyatını itirmiş, yüz minlərcə insan təxliyyə edilmişdir.