Şoyqu və 12 rus generalına cinayət işi açıldı

Şoyqu və 12 rus generalına cinayət işi açıldı backend

Ukrayna Baş Prokurorluğu Rusiya Müdafiə naziri və daha 17 yüksək vəzifəli məmura cinayət işi açıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyib.

Onun sözlərinə görə, cinayət işi açılanlar arasında Rusiya prezidentinin Krımdakı keçmiş nümayəndəsi Oleq Belaventsev, müdafiə nazirinin iki general müavini və 10 rus generalının olduğunu bildirib. O, bütün bu şəxslərin Ukraynanın milli təhlükəsizliyinə qarşı xüsusi ağır cinayətlər törətməkdə günahlandırıldığını bildirib.