Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib backend

Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb.

Partlayışda yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.