Türkiyədə toyda törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

Türkiyədə toyda törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB backend

Türkiyənin Qaziantep şəhərində törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

Qaziler.az bildirir ki, APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.
***

saat 05.13

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.