Yaponiya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.Yeraltı təkanlar Miyako şəhərindən 170 kilometr şərqdə, İvate prefekturasında qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Meteoroloqların sözlərinə görə, 6 ballıq zəlzələ güclü hesab edilir və dağıntılarla, tələfatlarla nəticələnir.
Məlumata görə, həmin ərazidə 7 saat əvvəl daha bir yeraltı təkan qeydə alınıb.