Yaponiyanın Baş Meteorologiya Agentliyinin avqustun 20-də yaydığı məlumata görə, ölkənin cənubuna və şimal-şərqinə üç tufan yaxınlaşır.
Qaziler.az-ın məlumatına görə, məlumatda qeyd edilir ki, Yaponiyada doqquzuncu adı almış “Mindul” tufanı hazırda Marian adaları ərazisindədir və şənbə gününün ortalarında Tokiodan 1000 kilometr cənubda yerləşən Oqasavara arxipelaqına çatacaq. Avqustun 22-də onun Yaponiyanım mərkəzi və şimal-şərqi rayonlarını tutacağı gözlənilir.Yaponiyada onuncu adlandırılan “Layonrok” tufanı hazırda Sakit okeanda Haçicyocima adalarının cənubundadır və bu ölkənin cənub-qərbinə doğru irəliləyir. Avqustun 22-23-də onun Kyuşu adasının cənubuna çatacağı bildirilir.
On birinci adlandırılan “Kompas” tufanı isə avqustun 20-də səhər Sakit okeanda əmələ gəlib və onun şimal-şərq istiqamətində hərəkət etdiyi qeyd edilir. Avqustun 21-də onun Hönşü adasının şimalına çatacağı, 22-də isə Hokkaydo adasını ağuşuna alacağı gözlənilir.
Beləliklə Yaponiyanın qərb rayonları istisna olmaqla, ölkənin bütün ərazisinin güclü küləklər və leysan yağışlarına məruz qalacağı bildirilir. Meteoroloqlar dənizdə təhlükənin artdığı, quruda torpaq sürüşməlirinin gözlənildiyi barədə əhaliyə xəbərdarlıq ediblər.