Dünən Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə Lənkəranda yas mərasimi təşkil edilib. Teleqraf.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar yas mərasiminə gəlirlər.
Qardaşları Lənkəranskinin adına əklil hazırlatdırıblar.
***
İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski (Canıyevin) doğulduğu Lənkəran şəhərində dəfn edilib.
O, Kiçik Bazar qəbiristanlığında atasının yanında torpağa tapşırılıb.
İnsanlar məzarlığın yanındakı yas çadırında mərhumun ruhuna dualar oxuyurlar.