Hakan Şükür Gülənlə “Qalatasaray”dan danışır

Hakan Şükür Gülənlə “Qalatasaray”dan danışır backend

Fətullah Gülənlə əlaqəsi olduğu iddia olunan keçmiş futbolçu Hakan Şükürün FETÖ lideri ilə yeni görüntüləri ortaya çıxıb.

Qaziler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videoda onlar birlikdə yemək yeyir, həm də “Qalatasaray”ın vəziyyətini müzakirə edirlər.

F. Gülən transferlərlə bağlı məlumat verərək “Dua ilə “Qalatasaray”ı ayağa qaldırmaq lazımdır”,- deyə söyləyir. Hakan Şükür isə dostlarının salamını ona çatdırır.

Xatırladaq ki, Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan Hakan Şükür haqqında saxlanılma qərarı verib.

“Qalatasaray” klubu da Hakan Şükürlə əlaqələrini təmamilə kəsmək qərarına gəlib. Belə ki, klubun prezidenti Dursun Özbek bildirib ki, H. Şükürün klubdan xaric edilməsi üçün iş aparılır.