Türkiyə Mehmet Selim Kırazla vidalaşdı

Türkiyə Mehmet Selim Kırazla vidalaşdı backend

Qaziler.az saytının Milliyyet.com-a istinadla verdiyi bilgiyə görə, İstanbul Çağlayan Ədliyyəsində terroristlər tərəfindən vurularaq öldürülən prokuror Mehmet Səlim Kıraz üçün şəhid olduğu ədliyyədə törən düzənlənib.

Prokurorun cənazəsi Eyyub Sultan Məscidinə aparılıb. Cənazə namazından sonra şəhid prokuror dəfn olunacaq. Polis konvoyu ilə mühafizə edilən cənazə Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb. Ədliyyə naziri Kənan İpək törəndə çıxış edib. O, öz çıxışında bildirib ki, bu hücum bütün ədliyyə sisteminə edilmişdir. “Bu silah bütün Türk millətinə yönəldilmişdir” - ifadələrini işlədən nazirin danışmaqda çətinlik çəkdiyi açıq görünüb.
Diaspora