Ukrayna Baş Prokurorluğu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini ekstradisiya etməkdən imtina edib.
RİA Novostinin verdiyi məlumata görə, buna səbəb kimi onun siyasi motivlər əsaslnda təqib edildiyi bildirilir. Bundan başqa, prokurorluqdan bildiriblər ki, M.Saakaşvilinin ekstradisiyası 1950-cı il insan haqları və əsas azadlıqların qorunması haqqında Konvensiyanın tələblərinə ziddir.