Türkiyədə terrakt: Ölən və çoxlu sayda yaralı var

Türkiyədə terrakt:  Ölən və çoxlu sayda yaralı var backend

Türkiyədə partlayış törədilib.

Qaziler.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün saat 14:15 radələrində PKK terrorçuları Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar rayonunun girişində içərisində bomba olan avtomobillə partlayış törədiblər.

Partlayış nəticəsində yaralananlar var. Hücumdan sonra bölgəyə göndərilən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qısa müddətli atışma baş verib, daha sonra terrorçular qaçıblar. Bölgədə geniş miqyaslı əməliyyat başlayıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları göndərilib.

***

Teraktı PKK terrorçuları törədiblər. "Habertürk"ün məlumatına görə, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış maşının partladılması nəticəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində 11 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb.

Qaziler.az xatırladır ki, partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.