Türkiyədə prokuroru öldürən terror təşkilatına qarşı antiterror əməliyyatı həyata keçirilib.
Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Antalya polisi haqqında həbs qərarı verilən 23 nəfərdən 22-si həbs edilib. Onlar DHKP-nin üzvləridir.Xatırladaq ki, dünən adı çəkilən təşkilatın iki üzvü Ədliyyə Sarayında prokuroru girov götürmüş, günün sonunda keçirilən əməliyyat zamanı isə hər iki terrorist öldürülmüşdü. Əməliyyatdan yaralı xilas olan prokuror isə xəstəxanada keçinmişdi.