Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası 15 illik yubileyini qeyd edir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası 15 illik yubileyini qeyd edir backend

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 15 illik yubileyini qeyd edir.

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, AKP 15 il əvvəl, 2001-ci il avqustun 14-də Türkiyənin siyasi həyatına daxil olub. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılan partiya həmin tarixdən 15 ay sonra - 2002-ci il noyabrın 3-də parlament seçkilərində iştirak edib və qalib gəlib. Ötən 15 ildə bu partiya Türkiyə siyasətinə möhürünü vurub.

Anadolu agentliyinin məlumatına görə, partiyanın yaranmasının 15-ci ildönümü tədbirləri çərçivəsində onun qurucusu Prezident Rəcəb Tayyib Ərdoğanın və hazırkı sədri, Baş nazir Binəli Yıldırımın fotoşəkillərinin əks olunduğu xüsusi xatirə pulu hazırlanıb.