Rəcəb Tayyib Ərdoğan: İstanbuldakı terror hadisəsindən hamımız ibrət götürməliyik

Rəcəb Tayyib Ərdoğan: İstanbuldakı terror hadisəsindən hamımız ibrət götürməliyik backend

Rumıniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Ədliyyə Sarayına edilən hücumla əlaqədar açıqlama verərkən bunun diqqətlə araşdırılması lazım gələn ibrətverici bir hadisə olduğunu vurğulayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Prezidentin sözlərinə görə, bundan sonra ədliyyə binalarına girişlər daxil olmaqla, bir sıra məsələlərdə yeni qaydalar tətbiq ediləcək.
Terrorçular İstanbul ədliyyəsinin binasına vəkil qiyafəsi geyinərək saxta vəsiqələrlə, üzərlərində axtarış aparılmadan daxil olublar. Türkiyənin “Radical” qəzetinin verdiyi məlumata görə, onlardan biri İstanbul universitetinin hüquq fakültəsində təhsil alan 1991-ci il təvəllüdlü Şəfəq Yayla, digəri isə 1987-ci il təvəllüdlü Bəxtiyar Doğruyoldur.
Qeyd edək ki, prokuror Mehmet Selim Kiraz martın 31-də İstanbul Ədalət Sarayında silahlı şəxslər tərəfindən girov götürülmüşdü. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçuların əlindən xilas edilmiş və ağır yaralı halda xəstəxanaya yerləşdirilmiş prokurorun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat zamanı, həmçinin hər iki terrorçu öldürülüb.
Diaspora