ABŞ-ın Virciniya ştatında baş vermiş təyyarə qəzası zamanı ölənlərin sayı 6 nəfərə çatıb.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər yayıb.Yerli polisin sözlərinə görə, qəzaya uğradıqdan sonra yanmağa başlamış kiçik mühərrikli təyyarədən 6 nəfərin cəsədi çıxarılıb. Onların şəxsiyyəti və hadisənin başvermə səbəbləri araşdırılır.
Qəza yerinə ABŞ-ın Mülki Aviasiyasının Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının nümayəndələri, xilasedicilər və polis cəlb olinub.