İraqın baş naziri Heydər əl-Abadi ölkə ordusunun Tikrit şəhəri uğrunda döyüşlərdə “İŞİD” üzərində qələbə qazanıldığını bəyan edib. APA-nın məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.
Bundan əvvəl “İŞİD”-in Tikritdəki mövqelərinin artilleriya atəşinə və ABŞ tərəfindən hava zərbələrinə tutulduğu barədə məlumat yayılmışdı.Qeyd edək ki, Tikrit şəhəri 2014-cü ilin iyulunda “İŞİD” qruplaşması tərəfindən ələ keçirilmişdi.