Dünyanın ən yaşlı sakini vəfat etdi

Dünyanın ən yaşlı sakini vəfat etdi backend

Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib. APA-nın Kiodo agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 1-də Misao Okava 117 yaşında dünyasını dəyişib.

1898-ci il, martın 5-də doğulan Misao Okava həmyerlisi, 116 yaşlı Dziroemon Kimuranın vəfatından sonra planetin ən qoca sakini sayılırdı.
Onun 3 övladı, 4 nəvəsi, 5 nəticəsi var. Misao Okava Osaka şəhərinin qocalar evində dünyasını dəyişib.
Diaspora