ABŞ-ın “Kinemetrics” şirkətinin vitse-prezidenti Ogie Kuraica AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Milli Elmlər Akdemiyasından Lent.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, Xəzər dənizində quraşdırılacaq dəniz dibi seysmik stansiyaları ilə bağlı görüləcək hazırlıq işləri ətrafında müzakirələr aparılıb. Ogie Kuraica Dubayda və Qətərdə quraşdırılacaq seysmik stansiyalar şəbəkəsinin yaradılmasında azərbaycanlı mütəxəsisslərin də iştirak etməsi təklifini irəli sürüb.
Qeyd edək ki, azərbaycanlı mütəxəssislər daha öncə Oman əmirliyində stansiyaların quraşdırılmasında iştirak ediblər.