"Liviyada Fətullahçı terror təşkilatına (FETÖ) aid məktəblər bağlanılıb". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində bildirib.
Qeyd edək ki, M.Çavuşoğlu avqustun 10-da agentliyə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini, iki ölkə arasında əlaqələrin perspektivindən danışıb."Rusiya ilə əlaqələrimizin gələcəyini onlar (Qərb) müəyyənləşdirmir", - deyə nazir müsahibəsində vurğulayıb.