Türkiyədə dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət alıb

Türkiyədə dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət alıb backend

İstanbul məhkəməsi vəkillərin vəsadətlərini təmin edərək "Gürz" ("Balyoz") dövlət çevrilişi planı haqqında iş üzrə 236 nəfərə bəraət verib. RİA Novosti agentliyinin verdiyi məlumata görə, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var.

Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb. Xatırladaq ki, "Balyoz" işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.
Diaspora