Terrorizm və Ermənistan

Terrorizm və Ermənistan backend

Dünya artıq neçə illərdir ki, terror çətinliyi yaşayır. İndi hər bir ölkədə qapıdan çıxan şəxs ictimai nəqliyyatdan istifadə edərkən, kütlənin olduğu yerlərdən keçərkən yarı biganə, yarı ciddi nə isə baş verəcəyindən qorxur. Çünki əvvəllər yalnız şərq ölkələrində bu hal yaşanırdısa son aylarda avropada baş verən silsilə terraktlar indi dünyanı da sarsıntılarla üz-üzə qoyub.

Terrorizm - haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.

Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, biz terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirə bilmərik. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.

Son illər dünyada yaranan terror qruplaşmaları sanki birbirilərilə rəqabətə giriblər. Kim daha çox can alacaq?.. Yerli və xarici ekspertlər bununla bağlı bır sıra araqlı çıxışlar ediblər. əsas mövzu terror təşkilatlarının arxasında dayanan qüvvələrin kimlər olduğu idi. Məəslənin üstü nisbətən açılmış sayılır. Lakin ağrı fəasdların baş verəcyindən heç kim sığortalanmayıb. Hazl hazırda dünya statiskası qorxunc rəqəmləri paylayır.
Son 2 ildə dünyada 32 mindən çox terror aktı
2015-ci il statistiaksına görə İki il ərzində dünyada 32 mindən çox terror aktı baş verib. Əsasən Yaxın Şərqdə və Afrikada terror hücumları nəticəsində təxminən 90 min insan həyatını itirib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev məlumat verib.

N.Patruşevin sözlərinə görə, terror aktlarının nəticələrinin miqyası da artmaqdadır. Artıq onlar daha da mürəkkəbləşib və qəddarlaşıb.

Terror hücumlarının təxminən yarısı Əfqanıstan, Pakistan, Nigeriya, İraq və Suriyanın payına düşür. Bununla yanaşı, İraq və Suriyada terror aktları 2013-cü illə müqayisədə demək olar ki, 1,5 dəfə, həlak olan insanların sayı isə 2 dəfə çoxalıb.

Məsələnin digər acınacqlı tərəfi isə ondan ibartdir ki, bu qara təbliğata son illər cəlb olunana azyaşlıların sayı rekord sayda artıb. ABŞ Corciya Dövlət Universitetinin hesabatına görə, İŞİD təşkilatının sıralarında ötən il ərzində həlak olmuş döyüşçü uşaqların sayı bir il əvvəlki ilə müqayisədə iki dəfə artıq olub. İŞİD-in təbliğat materiallarından məlum olur ki, son 13 ayərzində 8-18 yaş arasında 89 uşaq müxtəlif döyüş meydanlarında öldürülüb.

Bu barədə müxbir Ceyms Lonqman araşdırma aparıb. Araşdırmalar zamanı məlum olub ki, ötən il İŞİD-in döyüşlərində 2014-cü ildə olduğundan üç dəfə artıq uşaq iştirak edib.

ABŞ hərbiyyəsinin Vest-Poyntda yerləşən Terrorla Mübarizə Mərkəzinin dərc etdiyi məlumata görə, 2015-ci ilin yanvarından 2016-cı ilin yanvarınadək uşaqların 39 faizi intihar partlayışlarında, 33 faizi isə döyüş meydanlarında həlak olub. İŞİD həlak olmuş uşaqların əsl adlarını və tərcümeyi-hallarını açıqlamasa da, tədqiqatçılar onların yaşlarını və hansı ölkəyə mənsub olduqlarını öyrənə bilib. Onların fikrincə, həlak olanların 60 faizi 12-16 yaşlarında oğlanlardır. 8-12 yaş arasında olanlar isə 6 faiz təşkil edir. Oğlan uşaqlarının 18 faizi sağ çıxmaq variantı olmayan basqınlarda həlak olub. Bu uşaqların bir çoxu düşmən üzərinə açıqda dayanaraq və özləri öldürülənədək atəş açıblar. İntiharçı bomba partlayışı törədənlərdən birinin azyaşlı olduğu bildirilir. 8-12 yaşları arasında olan bu oğlan uşağı Hələbdə qiyamçı hədəflərdən birinə basqında həlak olub. İŞİD bu oğlanın atası ilə vidalaşrkən çəkilən şəklini yayıb.

Hesabatda həmçinin bildirilir ki, ölüm hadisələrinin yarıdan çoxu İraq ərazisində baş verib, lakin ölənlərin əksəriyyəti suriyalılar olub. Öldürülən başqa uşaqlar Yəmən, Səudiyyə Ərəbistanı, Tunis və Liviyanı təmsil edirlər. Onların kiçik bir qismı Birləşmiş Krallıqdan, Fransa, Avstraliya və Nigeriyadan olub. Bəlli olur ki, İŞİD uşaqlardan xüsusi əməliyyatlardan daha çox böyüklərin iştırak etdikləri əməliyyatlarda istifadə edir.

Həçinin İŞİD-in yarandığı tarixdən bu yana statistikaları da gerçəyi əks etdirən reallığı göstərir. Yalnız bu ilin Ramazan ayı ərzində "İslam Dövləti" (İŞİD) qruplaşması 16 ölkədə 393 hücum həyata keçirib. Hücumların əksəriyyəti İraq və Suriyada baş verib. Bu gün bu və ya başqa terror təşkilatlarının tərkibində dünyanın 100 ölkəsindən 30 minə yaxın xarici silahlı fəaliyyət göstərir. Terrorizm qlobal təhlükədir.
Nüfuzlu siyasətçilər açıqlamalarında bildirilər ki, terror təhlükəsi daim qalır və təəssüf ki, realdır. Ayrı-ayrılıqda ölkələr bununla mübarizə apara bilməyəcək.


Ermənistanın dünyada terror ixrac edən ölkə kimi tanındığını bilirdinizmi?

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cumlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
Ali məhkəmənin rəsmi saytında bildirilir ki, 90-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.

1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapmışdır.

Məşhur terrorçu, Qərbi Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmasının rəhbəri, 28 noyabr 1985-ci ildə 6 il müddətinə həbs olunmuş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmiş və terror fəaliyyətini davam etdirmək üçün buradan Dağlıq Qarabağa göndərilmişdir. M.Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandanı olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti də iştirak etmişdir. Ermənistanın milli qəhrəmanı elan olunmuş bu beynəlxalq terrorçunun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

Məşhur terrorçu, Daşnaksütyun partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndinə göndərilmişdir. Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdür.

Qarabağın dinc azərbaycanlı əhalisinin öldürülməsində Ermənistan xüsusi xidmət orqanlarının himayə etdiyi Əbu Əli və Hilbert Minasyan kimi Yaxın Şərq mənşəli terrorçular da fəal iştirak etmişlər.

Millət vəkili Fuad Muradovun ermənilərlə bağlı söylədiklərinə görə Ermənistan heç bir zaman konkret, birmənalı olaraq möve sərgiləməyiblər. Nalbadyanın bu açıqlaması onu göstərir ki, bunlar heç bir seçim etməyiblər və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyiblər. Bu da onu göstərir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə, onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü bütün dünyaya bəyan olub”.

Bunların bir gerçəklik olduğunu bildirən deputat Ermənistan bütün tərəflərlə oyun oynamağa, özlərini onların yanında göstərməyə çalışırdığını vurğulayıb: “Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə- Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özlərinin təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxediyadakı erməniləri seperatçı qüvvələr kimi Gürcüstan tərəfindən Saakaşvili hakimiyyəti dövründə bu şəkildə qiymətləndirilib”.

Erməni diasporası da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə “barıt çəlləyi” kimi baxılır. Bu gün Rusiya və İranda qəbul olunur ki, erməni lobbisi narahatçılıq mənbəyidir, qeyri-stabillik mənbəyidir. Bütün bu sadaladıalqrım erməni lobbisinin güclü olduğunu göstərmir, çox yaxın zamanlarda Ermənistanın bu “qeyri-stabillik ixracatçısı” siyasəti onun məhvinə aparacaq”. – Millət vəkili sözlərinə əlavə edib.

Şübhəsiz ki, Ermənistanın terrorla əlaqəsi yoxdur deyə bir mntiq mövcud deyil. Hər kəs başa düşür ki, 80-90-cı illərdə erməni sürülərinin Qarabağa daxil olmağa başlaması və qan tökməsi dünya mediası və politikası tərfindən terror hadisəsi kimi tanınır. Bu “çırtdan” dövlət özünü dünyanın irir terror birlikləri çəlləyinə dürtməliyib .

Rüfət Soltan