Keşiş məktəblilərdən şeytanı qovmağa çalışdı

Keşiş məktəblilərdən şeytanı qovmağa çalışdı backend

Keşişin uşaqların bədənindən şeytanı qovmaq istəyi məktəblilərə baha başa gəlib.

Polşalı keşiş Tomas Viçorek Qrıfits şəhərində məktəblilər arasında ekzorsizm seansı keçirib.

Qaziler.az saytının Lenta.ru –ya istinadən verdiyi məlumata görə hadisə o, dini düşərgədəki uşaqların yanında olarkən baş verib. Belə ki, uşaqlar üç gün ərzində “Allahı tanımalı və dualarla ruhən təmizlənmək” prosesi keçməli idilər.

Proqramın ilk günü 37 yaşlı Viçorek uşaqlardan natəmiz ruhları qovmağı qərara alıb. Məktəblilərdən birinin anası Maqda Rutkovskayanın sözlərinə görə keşiş bir neçə uşağı səhnəyə qaldıraraq növbə ilə onların əllərini alınlarına qoyaraq: “Müqəddəs Ruh, gəl, Müqəddəs Ruh, gəl” – sözlərini təkrarlayırmış.

“Uşaqlardan bir neçəsi huşunu itirdi, bəziləri isə ağlamağa başladılar” – deyə baş verən hadisədən şoka düşən Rutkovskaya bildirib.

Keşiş öz yoldaşlarına kömək etməyə çalışan uşaqlara susmağı əmr edərək bildirib ki, Allah artıq onların qəlbinə girərək şeytanı qovur. Bəzi uşaqlar keşişin onlara toxunmasından isterikaya düşərək qışqırmağa, qəhqəhə çəkməyə başlayır və döşəməyə yıxılırdılar.

Məktəblilərdən birinin sözlərinə görə uşaqlar Viçoreklə yenidən görüşməməyi qərara alıblar. “Bu, doğrudan da çox dəhşətli idi, psixi xəstəxanada olduğu kimi “ – deyə o, izah edib.

Məktəbin psixoloqu Qalina Visotski bildirib ki, uşaqlar qəlblərinə Müqəddəs Ruhun gəlməsi üçün dua etmələri hələ tezdir. Onlar bununçün kifayət qədər böyük deyillər. “İstifadə edilən metod dini sektaların fəaliyyətini xatırladır”.

Müəssisənin keşişdən şikayət edib –etməyəcəyi tam dəqiqləşməyib. Yerli kilsədən isə bildiriblər ki, onlar baş verən hadisədə problem görmürlər və onlara heç bir şikayət daxil olmayıb.


Diaspora