Avropa İttifaqı (Aİ) Türkiyəyə verdiyi vədlərə əməl etmir və 53 ildir ki, onun başını aldadır.
"Report" xəbər verir ki, bunu Rusiyaya səfər öncəsi TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib."Aİ 53 ildir ki, bizim başımızı aldadır. Biz öz doğruluğumuzu sistematik olaraq sübuta yetiririk və eyni şeyi Aİ-dən də gözləyirik. O, ikili standartlar siyasətindən imtina etməlidir", - deyə Ərdoğan bildirib.